Oktyabrın 22-də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə İcmanın sədri Bayram Səfərov arasında görüş keçirilib.
İcmanın qərargahından APA-ya verilən məlumata görə, B. Səfərov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində qətiyyətli olmalı olan qurumların hələ də ikili standartları davam etdir. B. Səfərov həmçinin qeyd edib ki, münaqişə yaxın zamanda beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın arazi bütövlüyünün təmin olunması şərti həll olunmalıdır: “Biz bu istiqamətdə həm Aİ-dən həmdə digər beynəlxalq qurumlarda qətiyyətli mövqe gözləyirik. Azərbaycan sülh tərəfdarıdır bə biz həm öz ölkəmizdə, həm Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh istəyirik”.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqləndirmə şurasının sədri Orxan Əkbərov qeyd edib ki, Aİ-nin münaqişənin həll olunmasında daha yaxından fəaliyyət göstərməsi zəruridir: “Münaqişənin həlli üçün, Aİ-nın dəstəyi və səyi nəticəsində İcmalararası dialoqların təşkil olunması, Aİ-nin bu istiqamətdə mövcud proqram və layihələrində tərəflərin daha aktiv iştirakının təmin olunması vacibdir”.
Herbert Salber öz növbəsində Bakıda olmaqdan və Azərbaycan Respublikasının Dağlıq Qarabağ Qarabağ bölgəsinin Azərbaycanlı İcması ilə görüşün təşkil olunmasından məmnunluq hissini bildirib: “Biz hər zaman qeyd edirik ki, Dağlıq Qarabağ münaqişəsi Aİ üçün çox vacib məsələdir, Aİ münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi çox zəruridir”.
Apa/az