Təhsil naziri Qusarda vətəndaşları qəbul edib

Posted by

Təhsil naziri Qusarda vətəndaşları qəbul edibTəhsil naziri Qusarda vətəndaşları qəbul edib

Təhsil naziri Qusarda vətəndaşları qəbul edib

Təhsil naziri Mikayıl Cabbarov avqustun 18-də QusaR şəhərində vətəndaşları qəbul edib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, nazir Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləyib.

 

Vətəndaşların müraciətləri əsasən işlə təmin olunmaq, diplomların tanınmasında yaranan problemlər, tələbələrin təhsil aldığı bir ali məktəbdən digərinə keçirilməsi, xaricdə təhsil, yeni məktəblərin tikilməsi və ya əsaslı təmiri ilə bağlı olub. Görüş zamanı vətəndaşları narahat edən bir sıra məsələlər yerindəcə həllini tapıb. Nazir vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verib, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

 

Apa.az