Forumun “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda “dəyirmi masa”sında ətraf mühitin qorunmasında birgə səylərin birləşdirilməsi məsələləri müzakirə olunur

Posted by

Forumun “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda “dəyirmi masa”sında ətraf mühitin qorunmasında birgə səylərin birləşdirilməsi məsələləri müzakirə olunur Forumun “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda “dəyirmi masa”sında ətraf mühitin qorunmasında birgə səylərin birləşdirilməsi məsələləri müzakirə olunur

Forumun “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda “dəyirmi masa”sında ətraf mühitin qorunmasında birgə səylərin birləşdirilməsi məsələləri müzakirə olunur

“Dəyirmi masa” işini məruzəçilərin çıxışları ilə davam etdirib. Məruzəçilər bildiriblər ki, bu tədbir dünyanı narahat edən problemlərin müzakirəsi və fikir mübadiləsi aparılması üçün yaxşı şərait yaradır. Vurğulanıb ki, müasir dövrdə yeni texnologiyaların yaranması, iqtisadiyyatın, sənayenin inkişafı, rəqabətin artması ətraf mühitə öz təsirini göstərir. İnsanlar müasir dövrün yaratdığı imkanlardan istifadə edərkən mütləq ətraf mühiti də nəzərə almalıdırlar. Birgə peşəkar komanda olmasa problemlərin həllinə nail olmaq qeyri-mümkündür.

Müzakirələrdə Azərbaycanda davamlı inkişafa nail olunması və ətraf mühitin qorunması istiqamətində görülən işlərdən söhbət açılıb. Vurğulanıb ki, bu məsələlər hazırda dövlətin diqqət mərkəzindədir. Azərbaycan bu sahədə çox yaxşı təcrübə əldə edib. Dövlət və özəl sektor bu problemlərin həllində birgə mühüm layihələr reallaşdırır. Tədbirdə Heydər Əliyev Fondunun ətraf mühitin qorunması istiqamətində həyata keçirdiyi tədbirlər xüsusi vurğulanıb.

Bildirilib ki, Azərbaycanda bu sahəyə çox məsul yanaşılır. Hazırda ölkəmiz digər ölkələrə nümunə ola bilər.

Çıxışlarda qeyd edilib ki, ekoloji çirklənməni yaradan insan amilidir. Biz çalışmalıyıq ki, birgə səylərlə gələcək nəsillərə təmiz bir dünyanı miras qoyaq. Gələcək nəsillər ekoloji mühitin qorunması istiqamətində məlumatlı olmalıdır. Gənclər məlumatlı olmalı, ətraf mühitə diqqətlə yanaşan vətəndaşlar yetişdirilməlidir. Ətraf mühitin qorunmasında hər bir insan məsuliyyət daşımalıdır. Eyni zamanda, təbii resurslardan istifadə edərkən ekoloji amillər nəzərə alınmalıdır.

Bildirilib ki, davamlı inkişafa nail olmaq dünyada işsizlik probleminin həllinə, sülhün bərqərar olmasına öz töhfəsini verə bilər.

“Dəyirmi masa” işini davam etdirir.

 

AzərTac.az