Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş Emiliya Rəfiyevanın məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 28-nə təyin edilmiş iclasında baxılacaq.
AzərTac.az