AŞPA-da Dağlıq Qarabağ və ətrafında yaranmış vəziyyətlə bağlı xüsusi məruzəçi təyin edilib

Posted by

AŞPA-da Dağlıq Qarabağ və ətrafında yaranmış vəziyyətlə bağlı xüsusi məruzəçi təyin edilibAŞPA-da Dağlıq Qarabağ və ətrafında yaranmış vəziyyətlə bağlı xüsusi məruzəçi təyin edilib

AŞPA-da Dağlıq Qarabağ və ətrafında yaranmış vəziyyətlə bağlı xüsusi məruzəçi təyin edilib

Məruzəçi “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı sənəd hazırlayacaq

 

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində qurumun Siyasi İşlər və Demokratiya Komitəsinin toplantısı keçirilib. APA-nın Avropa bürosunun xəbərinə görə, komitənin toplantısında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı hesabatın hazırlanması ətrafında müzakirələr aparılıb və bu məsələ üzrə Böyük Britaniyadan olan parlamentar Robert Valter məruzəçi təyin edilib.

 

Komitədəki müzakirələrdə iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov APA-ya açıqlamasında bildirib ki, iclasda onun təqdim etdiyim qətnamə layihəsi ilə bağlı AŞPA Bürosunun 2 sentyabr tarixində qəbul edilmiş və 29 sentyabr tarixində plenar iclasda təsdiqlənmiş qərarı əsasında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin hazırlanması üçün məruzəçi təyin olunub: “Məruzəçi Robert Valter oldu. Səsvermədə Robert Valter 35 səslə AŞPA-nın keçmiş sədri, fransalı deputat Jan-Klod Minyonu 3 səslə üstələdi. Qeyd etməliyəm ki, Ermənistan hakimiyyəti, AŞPA-dakı ermənipərəst qruplaşmalar, dünyanın aparıcı güc mərkəzlərindəki ermənipərəst qüvvələr Ermənistanın işğalçılıq siyasətini ifşa edən, bu işğalçı dövlətə qarşı sanksiyaların tətbiqini tələb edən hər hansı bir sənədin nəinki qəbulunun, hətta hazırlanmasının qarşısını almaq üçün bütün imkanlarını səfərbər ediblər. Lakin biz ümid edirik ki, yeni təyin edilmiş məruzəçi təzyiqlərə baxmayaraq, obyektiv məruzə hazırlayacaq, Ermənistanın işğalçı dövlət olduğunu və işğal etdiyi ərazilərdə mülki əhaliyə qarşı kütləvi şəkildə cinayətlər törətdiyini bir daha dünya ictimaiyyətinə çatdıracaq, məruzənin qətnamə hissəsində ilk dəfə olaraq işğalçı Ermənistana qarşı konkret sanksiyaların tətbiqini tələb edəcək”.

 

Qeyd edək ki, “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin hazırlanması haqqında qərar AŞPA-nın payız sessiyasının bu həftənin birinci günü keçirilmiş plenar iclasında qəbul olunmuşdu və bu tapşırıq aidiyyəti üzrə Siyasi Məsələlər Komitəsinə göndərilmişdi. Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri və onları dəstəkləyən digər deputatlar bu təklifə qarşı çıxaraq, məsələnin qurumun Monitorinq Komitəsinə ötürülməsini istəsələr də, plenar iclasdakı səsvermələrdə assambleya iştirakçıları onların bu tələbini qəbul etməyiblər.

 

Bu gün isə Siyasi məsələlər üzrə komitənin iclasında müzakirələr iki əsas məsələ – hesabatın adının dəyişdirilməsi və kimin məruzəçi təyin ediləcəyi ətrafında aparıldı. Ermənistan nümayəndə heyətinin üzvləri hər vəchlə hesabatın adının dəyişdirilməsinə çalışıblar. Toplantıda çıxış edən erməni deputatlar məruzənin bu adda qalacağı və məruzəçinin təyin ediləcəyi təqdirdə, Ermənistanın bu məsələdə AŞPA və onun məruzəçisi ilə əməkdaşlıq etməyəcəklərini bildiriblər. Lakin səsvermələrdə məruzənin adı dəyişilməyərək olduğu kimi, yəni “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” kimi qalıb.

 

Apa/az