Azərbaycan MSK Qazaxıstan Senatına seçkiləri dəyərləndirdi

Posted by

Azərbaycan MSK Qazaxıstan Senatına seçkiləri dəyərləndirdiAzərbaycan MSK Qazaxıstan Senatına seçkiləri dəyərləndirdi

Azərbaycan MSK Qazaxıstan Senatına seçkiləri dəyərləndirdi

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri Qazaxıstanda ölkə parlamentinin Senatına (Yuxarı Palata) seçkilərin heç bir pozuntu olmadan keçirildiyini qeyd edirlər. Bu barədə Trend “Kazinform”a istinadən məlumat verir.

MSK sədrinin müavini Natiq Məmmədov bildirib: “Biz açıq, şəffaf və demokratik seçki prosesinin şahidi olduq. Mən əminliklə deyə bilərəm ki, biz seçkilərin nəticələrinə təsir edə biləcək heç bir pozuntu müşahidə etmədik. Ona görə də mən Qazaxıstan xalqını və təşkilatçıları seçkilərin uğurla keçirilməsi münasibətilə yalnız təbrik edə bilərəm”.

Qeyd edək ki, Qazaxıstan Senatına seçkilər hər 3 ildən bir keçirilir. Regionların hər birindən, eləcə də Astana və Almatıdan bir deputat seçilir.

Qazaxıstan Senatı 47 deputatdan ibarətdir. Bu halda 32 senator seçicilər yığıncağına seçilirlər. Toplam olaraq hər üç ildən bir Senata 16 deputat seçilir. Senat deputatlarının səlahiyyət müddəti 6 ildir.

 

Trend.az