Avropa Şurasının Sosial Komitəsində Azərbaycana dair qətnamə layihəsi ilə bağlı ilk məlumat-memorandum müzakirəyə çıxarılıb

Posted by

Avropa Şurasının Sosial Komitəsində Azərbaycana dair qətnamə layihəsi ilə bağlı ilk məlumat-memorandum müzakirəyə çıxarılıbAvropa Şurasının Sosial Komitəsində Azərbaycana dair qətnamə layihəsi ilə bağlı ilk məlumat-memorandum müzakirəyə çıxarılıb

Avropa Şurasının Sosial Komitəsində Azərbaycana dair qətnamə layihəsi ilə bağlı ilk məlumat-memorandum müzakirəyə çıxarılıb

Bu gün Avropa Şurasının Sosial Komitəsində Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun təqdim etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında təyin edilmiş məruzəçi, Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin ilk məlumat-memorandumu müzakirəyə çıxarılıb.

 

Bu barədə APA – ya E. Süleymanovun ofisindən məlumat verilib.

 

E. Süleymanovun verdiyi məlumata görə, məsələ müzakirəyə çıxarılan kimi Ermənistan nümayəndə heyətinin üzvləri çıxışlar edərək, məruzənin adının dəyişdirilməsini, məruzəni Avropada su problemlərinə həsr edilməsini tələb ediblər. Sosial Komitənin üzvləri, britaniyalı deputat Mayk Hanqkok, belçıkalı deputat Blanşarv və moldovalı deputat Gileviç ermənilərin bu təklifinə etiraz edib və bu kimi təxribatlara son qoymağa çağırıblar: «Ermənistan və AŞPA Katibliyinin bütün səylərinə baxmayaraq, məlumat xarakterli memorandum baş tutdu, Ermənistan və AŞPA Katibliyinin niyyətləri puça çıxdı. AŞPA Katibliyinin məsləhəti ilə Ermənistan nümayəndə heyəti üzvlərinin istər Assambleyanın dünən müzakirəyə çıxarılmış “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” məruzəsinin, istərsə də Sərsəng Su Anbarı ilə bağlı bu gün Sosial və Siyasi Komitələrdə müzakirəyə çıxarılmış məruzənin adlarının dəyişdirilməsinə yönələn səyləri onu göstərir ki, Ermənistan tərəfi işğal siyasətinin ifşa olunmasından təşvişə düşüb və ciddi narahatlıq keçirir».

 

Qeyd edək ki, Sərsəng Su Anbarı ilə bağlı AŞPA-da hazırlanacaq məruzə işğal altında olan strateji obyektlərə həsr edilən ilk məruzə olacaq.

 

Apa/az