Tibb Universitetinin işçilərinin əmək haqqısı artıldı
Azərbaycan Tibb Universitetinin əməkdaşlarının aylıq əmək haqqı artırılıb.
Universitetdən Trend-ə verilən məlumata görə, rektor, akademik Əhliman Əmiraslanovun əmrinə əsasən, professor-müəllim heyətinin maddi rifah halını bir qədər də yaxşılaşdırmaq, elmi-pedaqoji fəaliyyətini stimullaşdırmaq məqsədilə ATU əməkdaşlarının aylıq əmək haqqı orta hesabla 30 %-dən çox artırılıb.
Əmr bu ilin oktyabr ayından qüvvəyə minir və ayrı-ayrı sahələrdə çalışan əməkdaşların hamısına şamil olunur.
Qeyd edək ki, bu ilin əvvəlində də Tibb Universiteti işçilərinin aylıq vəzifə maaşlarının orta hesabla 25% yüksəldilməsi haqqında qərar verilmişdi.
Trend.az