Azərbaycanda sərnişin vaqonlarının sayı artırılacaq

Posted by

Azərbaycanda sərnişin vaqonlarının sayı artırılacaqAzərbaycanda sərnişin vaqonlarının sayı artırılacaq

Azərbaycanda sərnişin vaqonlarının sayı artırılacaq

“Azərbaycan Dəmir Yolları” QSC Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək. Bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

N.Əzməmmədov əlavə edib ki, QSC Qurban bayramı ilə əlaqədar oktyabrın 3-dən 8-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Onun sözlərinə görə, gücləndirilmiş rejim çərçivəsində bütün daxili dəmiryol sərnişin reyslərinə əlavə vaqonlar qoşulacaq: “Hazırda əlavə qoşqu üçün nəzərdə tutulmuş vaqonların texniki baxışı və hazırlığı aparılır. Məqsəd bayram günlərində sərnişin axınını təmin etməkdir”.

QSC sözçüsü vurğulayıb ki, gücləndirilmiş rejim zamanı yüklərin yükləndiyi və boşaldıldığı bütün məntəqələrdə növbətçiliklər təşkil olunacaq.

 

Trend/az