Avropada sığınacaq üçün ən çox müraciət almış ölkələrin adı açıqlanıb

Posted by

Avropada sığınacaq üçün ən çox müraciət almış ölkələrin adı açıqlanıbAvropada sığınacaq üçün ən çox müraciət almış ölkələrin adı açıqlanıb

Avropada sığınacaq üçün ən çox müraciət almış ölkələrin adı açıqlanıb

2014-cü ilin birinci yarısında sığınacaq üçün ən çox müraciət almış ölkələr Almaniya, Fransa, İsveç, Türkiyə, İtaliya, Birləşmiş Krallıq, Niderland, İsveçrə və Avstriyadır. Trend-in BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisinə istinadən verdiyi məlumata görə, bu barədə 2014-cü ildə sığınacaq müraciətləri ilə bağlı tendensiyalara dair BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) yarım illik hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, Avropada sığınacaq üçün ən çox müraciət almış ölkələr arasında olan Almaniya inkişaf etmiş 44 sənaye ölkəsi arasında 1-ci yerdədir. Burada 2014-cü ilin birinci yarısında sığınacaq üçün 65.700 yeni müraciət qeydə alınıb ki, bu da 2013-cü ilin eyni dövründə qeydə alınmış 43.300 müraciətlə müqayisədə (52%-lik) artım deməkdir.

BMTQAK-ın hesabatında qeyd olunur ki, Fransa inkişaf etmiş 44 sənaye ölkəsi arasında 3-cü (Aİ-də 2-ci) yerdədir, burada sığınacaq üçün 29.000 yeni müraciət təqdim edilib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə (30.300) 4%-lik azalma deməkdir. Bu azalma qismən onunla əlaqədardır ki, Serbiya [və Kosovo: S/RES/1244 (1999)], Rusiya və Albaniyadan olanların sığınacaq üçün müraciətlərinin sayı azalıb. Suriyadan olanların müraciətlərinin sayı iki dəfədən çox artıb (600-dən 1.400-ə çatıb).

Hesabatda vurğulanır ki, İsveç inkişaf etmiş 44 sənaye ölkəsi arasında 4-cü (Aİ-də 3-cü) yerdədir, burada sığınacaq üçün 28.500 yeni müraciət təqdim edilib ki, bu da 2013-cü ilin birinci yarımilliyi ilə müqayisədə 51%-lik artım, 2013-cü ilin ikinci yarısı ilə müqayisədə isə 19%-lik azalma deməkdir. Bu dövrdə Suriyadan olanların sığınacaq üçün müraciətlərinin sayı bir qayda olaraq yüksək olub (11.600). Eritreyalılar hesabat dövründə sığınacaq üçün 3.400 müraciət təqdim ediblər ki, bu da əvvəlki ilin müvafiq dövrünə (1.200) nisbətən üç dəfə çoxdur.

BMTQAK-ın hesabatında bildirilir ki, Türkiyə inkişaf etmiş 44 sənaye ölkəsi arasında sığınacaq üçün ən çox müraciət qəbul etmiş 5-ci ölkədir, burada 2014-cü ilin birinci yarısında sığınacaq üçün 27.700 yeni müraciət qeydə alınıb ki, bu da 2013-cü ilin birinci yarısı (17.400 müraciət) ilə müqayisədə 59%-lik artım deməkdir və qeydə alınmış ən yüksək yarımillik rəqəmdir. Bu artım əsasən İraqdan olan sığınacaq axtaranların sayı ilə əlaqədardır, belə ki, onların sayı təxminən ikiqat artıb –2013-cü ilin birinci yarısındakı 8.000-dən bir il sonra 15.700-ə çatıb.

İtaliya Aİ ölkələri arasında 4-cü yerdədir, 2014-cü ilin birinci yarısında sığınacaq üçün müraciətlər artmaqda davam edərək 24.500 müraciətə çatıb ki, bu da təxminən bütövlükdə ötən il ərzində təqdim edilmiş müraciətlərin ümumi sayına (25.700) bərabərdir: “İtaliyanın ardınca Birləşmiş Krallıq (14.300 müraciət), Niderland (12.300), İsveçrə (9.500) və Avstriya (8.400) gəlir. Niderlandın dövlət orqanları ilin birinci yarısında sığınacaq üçün yeni müraciətlərin sayının ikiqat artdığı barədə məlumat veriblər ki, bu da əsasən Eritreya və Suriyadan olan sığınacaq axtaranların müraciətləri hesabınadır”.

Hesabatda bildirilir ki, yarımillik ərzində sığınacaq üçün təqdim edilmiş müraciətlərin sayında ən çox artım, məlumatlara görə, Cənubi Avropa ölkələrində baş verib. Bu ölkələr 2014-cü ilin birinci yarısında sığınacaq üçün 60.800 müraciət qəbul ediblər ki, bu da 2013-cü ilin birinci altı ayı ilə müqayisədə (35.200 müraciət) 73%-lik artım deməkdir. Bu artım əsasən İtaliya və Türkiyədə beynəlxalq müdafiə üçün müraciət etmiş şəxslərin sayındakı artımla əlaqədardır.

Hesabatda qeyd olunur ki, Mərkəzi Avropa Avropanın yeganə regionudur ki, burada sığınacaq üçün müraciətlərdə azalma baş verib (2013-cü ilin eyni dövrü ilə müqayisədə 47%), bu azalma xüsusən Macarıstanda və Polşada olub: Polşada müraciətlərin sayı 3.300-dək (65%-lik azalma), Macarıstanda isə 4.800-dək azalıb (58%-lik azalma).

BMTQAK-ın hesabatında həmçinin bildirilir ki, Skandinaviya regionu Avropada sığınacaq axtaranların əsas təyinat yeri olaraq qalır, burada 38.900 yeni müraclət təqdim edilib ki, bu da bir il öncəki eyni dövrə nisbətən 36% çoxdur, amma 2013-cü ilin ikinci yarısındakı saya nisbətən 19% azdır (47.800).

Hesabatda ən çox müraciətlərin daxil olduğu mənşə ölkələri barədə məlumat verilib. Qeyd olunub ki, Suriya: inkişaf etmiş sənaye ölkələrində və Aİ-də sığınacaq axtaranların əsas mənşə ölkəsi olaraq qalır (ötən ilin eyni dövrü ilə müqayisədə Aİ-də onların sayında 140%-lik artım baş verib): “Onların sayı Almaniyada (11.800 müraciət) və İsveçdə (11.600 müraciət) ən yüksək olaraq qalır və bu rəqəmlər 2013-cü ilin birinci yarısı ilə müqayisədə iki dəfədən çox artım deməkdir. Digər mühüm təyinat ölkələri Niderland (3.700), İsveçrə (2.200), Avstriya (2.200) və Bolqarıstandır (2.100)”.

Hesabatda bildirilir ki, İraq 2014-cü ilin birinci yarısında inkişaf etmiş sənaye ölkələrində sığınacaq axtaran şəxslərin (21.300) mənşə ölkələri arasında ikinci yerdədir, onların sayı 2013-cü ilin eyni dövrü ilə müqayisədə (13.600) 56% artıb, 2013-cü ilin ikinci yarısı ilə müqayisədə isə (23.700) 10% azalıb. Türkiyə İraqdan olan sığınacaq axtaranlar üçün əsas təyinat ölkəsi olaraq qalır.

BMTQAK-ın hesabatında qeyd olunur ki, Əfqanıstan 2014-cü ilin birinci yarısında inkişaf etmiş sənaye ölkələrində sığınacaq axtaran şəxslərin (19.300) mənşə ölkələri arasında üçüncü yerdədir. 2014-cü ilin birinci iki rübündə (həmin dövrdə 2013-cü ilin eyni dövrü ilə müqayisədə 15%-lik artım olub) onların sayı faktiki olaraq 2013-cü ilin ikinci yarısındakı sayla (19.200 müraciət) eyni olub. Türkiyə onlar üçün əsas təyinat ölkəsi olaraq qalır (4.300). Digər mühüm təyinat ölkələri Almaniya və Macarıstandır, orada sığınacaq üçün, müvafiq olaraq, 4.100 və 2.000 yeni müraciət təqdim edilib.

Hesabatda bildirilir ki, Eritreyadan olan sığınacaq axtaranların sayı inkişaf etmiş 44 sənaye ölkələri qrupu arasında indiyədək görünməmiş həddə çatıb, Aİ-də isə onların sığınacaq üçün müraciətlərinin sayında 2013-cü ilin eyni dövrü ilə müqayisədə 320%-lik artım baş verib. Eritreyadan olanların sığınacaq üçün müraciətlərinin təxminən dörddə üçü təkcə dörd ölkədə: İsveç (4.200), Almaniya (3.800), Niderland (3.500) və İsveçrədə (2.200) təqdim edilib.

 

Trend/az