Azərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərə qatılacaqlar
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 29-dan oktyabrın 3-dək Bakı şəhərində “Hərbi xidmətkeçmənin idarəolunması və peşəkar hazırlıq” mövzusunda seminar, oktyabrın 10-dək Budapeşt şəhərində (Macarıstan) “NATO-nun hərbi-mülki əməkdaşlıq üzrə səhra mütəxəssisi” kursu və Buxarest şəhərində (Rumıniya) Sülhü dəstəkləmə əməliyyatları kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Trend.az