Dövlət Gömrük Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev sentyabrın 26-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən Şamaxı, Qobustan, Ağsu rayonlarının bir sıra sakinlərinin müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul və digər məsələlərlə bağlı olub.
A. Əliyev hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıq verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapıb.
Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara çatdırılmaq üçün nəzarətə götürülüb.
Apa.az