Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Gürcüstan və Finlandiyanın eks-prezidentləri ilə görüşüb

Posted by

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Gürcüstan və Finlandiyanın eks-prezidentləri ilə görüşüb Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Gürcüstan və Finlandiyanın eks-prezidentləri ilə görüşüb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Gürcüstan və Finlandiyanın eks-prezidentləri ilə görüşüb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) baş katibi Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2015-ci ilin aprelində Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq prosesi çərçivəsində Mərkəzin baş katibi Rövşən Muradov ABŞ-ın Nyu York şəhərində bir sıra görüşlər keçirib.

Gürcüstanın eks-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü M.Saakaşvili ilə görüşdə növbəti foruma hazırlıq məsələləri, tədbirdə müzakirəyə çıxarılacaq qlobal problemlər, həmçinin təşkilatın fəaliyyəti, həyata keçirilən layihələrə dair ətraflı fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Helsinki Aktının 40 illiyi ərəfəsinə təsadüf edəcək III Qlobal Müştərək Cəmiyyətlər Forumunun əhəmiyyəti xüsusi vurğulanıb.

Gələn il keçiriləcək növbəti Foruma hazırlıqlar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, Finlandiyanın sabiq dövlət başçısı xanım Tarya Halonenlə də müzakirə olunub.

Qeyd edək ki, Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunur. Forumda nüfuzlu siyasi xadimlər, elm adamları, ekspertlər dünyanı narahat edən qlobal məsələləri müzakirə edir.

 

Trend.az