Azərbaycanla Çin arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb

Posted by

Azərbaycanla Çin arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Çində səfərdə olub

Azərbaycanla Çin arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti sentyabrın 23-24-də Çin Xalq Respublikasının (ÇXR) mülki məsələlər üzrə naziri Li Liguonun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Çin Xalq Respublikasının paytaxtı Pekində Milli Fəlakətlərin Azaldılması Mərkəzi və Mülki Müdafiə Cəmiyyətinə baş çəkib. Nümayəndə heyətinə Çində mülki müdafiə işinin təşkili, fövqəladə halların qarşısının alınması sahəsində görülən işlər barədə geniş məlumat verilib.

 

Sonra nazir K. Heydərovun L. Liguo ilə görüşü keçirilib.

 

Görüşdə K. Heydərov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu haqqında ətraflı məlumat verib, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb.

 

Öz növbəsində, L. Liguo Azərbaycan FHN-lə əməkdaşlığın əhəmiyyətini qeyd edib, bu kontekstdə qarşılıqlı səfərlərin faydalı olacağını bildirib.

 

Görüşdən sonra “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Çin Xalq Respublikasının Mülki Məsələlər üzrə Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

 

Bundan başqa, səfər çərçivəsində FHN-in nümayəndə heyəti fövqəladə hallar zamanı istifadə olunan avadanlıqların istehsalı ilə məşğul olan bir sıra müəssisələrə səfər edib.

 

Apa/az