Cəmil Çiçək: Qondarma “erməni soyqırımı” tarixin ən böyük iftirasıdır
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək qondarma “erməni soyqırımı”nın tarixin ən böyük iftirası olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər yayıb.
C.Çiçək qeyd edib ki, bu gün Türkiyənin xaricdə qarşılaşdığı ən böyük problemlərdən biri də ermənilərə qarşı “soyqırım” etməsi barədə iddialardır: “1915-ci il hadisələri bu millətə qarşı atılan ən böyük iftiradır. Türkiyənin tarixi təmiz, başı dikdir”.
Trend/az