RF Prezidentinin xüsusi nümayəndəsi: Yaxın gələcəkdə Xəzərin statusuna dair sənəd imzalana bilər
Rusiya Federasiyası (RF) Prezidentinin MDB ölkələri ilə dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov ümid edir ki, Xəzəryanı ölkələr yaxın gələcəkdə Xəzər dənizinin statusu haqqında sənəd imzalaya biləcəklər. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
İ.Bratçikov qeyd edib ki, yaxın gələcəkdə belə konvensiyanın bağlanacağını güman etmək olar.
Qeyd edək ki, sentyabrın 29-da Həştərxanda IV Xəzər sammiti keçiriləcək.
Onun sözlərinə görə, bu görüşdə Xəzərin statusunun müəyyənləşdirilməsi üzrə irəliləyiş əldə olunacaq: “Əminəm ki, finiş xəttinə çatmağımıza imkan verəcək konvensiyanın açıq qalan aspektləri istiqamətində iri addım atılacaq. Lakin bu o demək deyil ki, liderlərin növbəti görüşü bu konvensiyanın işlənməsinə həsr olunmalıdır”.
Diplomat Həştərxan vilayətində Xəzərin su səthinin bölüşdürülməsi məsələsində irəliyə addım atılacağına ümid bəslədiyini bildirib.
Trend/az