Con Kerri: Son 20 il ərzində ABŞ Avropa və dünyanın enerji təchizatına töhfə vermək səyləri göstərən Azərbaycanla hərtərəfli tərəfdaşlıq edib

Posted by

Con Kerri: Son 20 il ərzində ABŞ Avropa və dünyanın enerji təchizatına töhfə vermək səyləri göstərən Azərbaycanla hərtərəfli tərəfdaşlıq edibCon Kerri: Son 20 il ərzində ABŞ Avropa və dünyanın enerji təchizatına töhfə vermək səyləri göstərən Azərbaycanla hərtərəfli tərəfdaşlıq edib

Con Kerri: Son 20 il ərzində ABŞ Avropa və dünyanın enerji təchizatına töhfə vermək səyləri göstərən Azərbaycanla hərtərəfli tərəfdaşlıq edib

“Qərbin keçmiş Sovet İttifaqı ərazisində yatırdığı birinci mühüm sərmayəni təmsil edən “Əsrin müqaviləsi” tarixi bir hadisə oldu. Son 20 il ərzində Birləşmiş Ştatlar enerji ehtiyatlarının inkişafı, Avropa və dünyanın enerji təchizatına töhfə vermək səyləri göstərən və həmçinin güclü və müstəqil dövlətə çevrilən Azərbaycanla hərtərəfli tərəfdaşlıq edib”. Trend-in məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə təbrik məktubunda deyib. Təbrik məktubunu bu gün Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyi və “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimində ABŞ Dövlət Departamentinin nümayəndəsi Amos Hokşteyn oxuyub.

C.Kerri təbrik məktubunda bildirib: “Əsrin müqaviləsi”nin 20-ci ildönümü və “Cənub Qaz Dəhlizi” lahiyəsinin başlanması münasibəti ilə Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaq istəyirəm.

Bakı-Tbilisi-Ceyhan boru xəttinin inşası sayəsində Azərbaycan Xəzər və Aralıq dənizləri arasında birinci enerji bəndi yaradaraq dünya bazarlarının mühüm neft təchizatçısına çevrilmişdir. Azərbaycan “Cənub Qaz Dəhlizi” vasitəsilə də vacib rol oynayaraq Avropa bazarlarına əlavə enerji təchizatı marşrutlarını təmin edəcək və bölgənin enerji təhlükəsizliyini möhkəmləndirəcək”.

ABŞ dövlət katibi qeyd edib ki, son iki onillik ərzində Azərbaycan və Birləşmiş Ştatlar birgə işləyərək bir sıra uğura imza atıb: “Əsrin müqaviləsi” bizə gələcək naminə birgə işlədiyimiz halda nəyə qadir ola biləcəyimizi xatırladır. Geniş səpkidə təmsil olunan fəaliyyətlər var ki, birgə işləyərək uğura nail ola bilərik. Bunlar enerji sahəsində inkişafın davam etdirilməsi, Şərq-Qərb ticarət dəhlizinin yaradılması, terrorçuluğa qarşı aparılan mübarizədə etdiyimiz əməkdaşlıq kimi işlərdir. Həmçinin bu sıraya demokratik inkişaf da daxildir”.

C.Kerri bildirib ki, iki ölkə münasibətlərinin qərarlaşdığı üç sütun – təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq və nəhayət demokratiya və vətəndaş cəmiyyətinin inkişafı Azərbaycanın daha güclü, daha sabit və daha tərəqqili olması üçün mühümdür: “Birləşmiş Ştatlar sözügedən məqsədlərin əldə olunması üçün Siz və Sizin hökumətlə işləmək ümidindədir”.

 

Trend/az