Alman hərbçilər Bakıda azərbaycanlı həmkarları üçün seminar keçiriblər
Bakıda “Silahlı Qüvvələr demokratik cəmiyyətdə” mövzusunda seminar keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən “Silahlı Qüvvələr demokratik cəmiyyətdə” mövzusunda seminar keçirilib.
Seminarda dünyanın bəzi aparıcı dövlətlərinin Silahlı Qüvvələrinin yaradılması, inkişafı, modernləşdirilməsi, təhlükəsizlik sektorunda islahatların həyata keçirilməsi, NATO-ya üzv dövlətlərin bu sahədə təcrübəsi və digər məsələlər barədə müzakirələr aparılıb.
Seminara sentyabrın 19-da yekun vurulub.
Trend.az