Azərbaycanda sosial sığınacaqlar gələn ildən yaradılacaq
Azərbaycanda sosial sığınacaqlar 2015-ci ildən etibarən yaradılacaq. Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.
S.Müslümov qeyd edib ki, hazırda həmin sığınacaqların sayı və harada yaradılması ilə bağlı işlər aparılır: “Bununla bağlı nə qədər maliyyə vəsaitinin ayrılması isə dövlət büdcəsinin layihəsi yekunlaşdıqda bilinəcək. Bildiyiniz kimi, Prezident İlham Əliyev tərəfindən Fəaliyyət Proqramı təsdiqlənib. Bu məsələ həmin proqramda da nəzərdə tutulub. Təbii ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də öz fəaliyyətini ortaya qoymalı və bu sığınacaqları yaratmalıdır”.
Onun sözlərinə görə, QHT-lər də bu işdə iştirak etməli, fəaliyyətlərini məişət zorakılığına və insan alverinə məruz qalmış şəxslərin sosial adaptasiyası mərkəzi ilə birləşdirməlidirlər.
Trend.az