Diasporla İş üzrə Dövlət Komitəsində türkiyəli ziyalılarla görüş keçirilib

Posted by

Diasporla İş üzrə Dövlət Komitəsində türkiyəli ziyalılarla görüş keçirilib

 

Diasporla İş üzrə Dövlət Komitəsində türkiyəli ziyalılarla görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsində türkiyəli ziyalılarla görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə Azərbaycana səfərə gəlmiş bir qrup türkiyəli ziyalı ilə görüş keçirilib.

Komitədən AzərTAc-a bildirilib ki, görüşdə Türkiyədəki Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Komitə sədrinin birinci müavini Valeh Hacıyev xalqlarımız arasında qardaşlıq əlaqələrinin Türkiyədəki Azərbaycan diasporunun fəaliyyətinə müsbət təsir göstərən amillərdən biri olduğunu deyib. O, bu cür səfərlərin qarşılıqlı əlaqələrin möhkəmlənməsində mühüm rola malik olduğunu qeyd edib.

İSTAD-ın sədri Səfər Qaraqoyunlu bildirib ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini daha da inkişaf etdirmək, Türkiyədəki soydaşlarımız arasında əlaqələrin daha da möhkəmlənməsini təmin etmək, bu ölkədə yaşayan gənc nəslə Azərbaycanı tanıtmaq, adət-ənənələrimizi yaşatmaq üçün qarşılıqlı səfərlər önəmlidir.

Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov isə 2015-ci ildə dünyanın bütün ölkələrindəki Azərbaycan diaspor təşkilatları kimi, Türkiyədəki diaspor qurumlarının da üzərinə düşən vəzifələrdən danışıb. O bildirib ki, diaspor təşkilatlarımız gələn il ilk dəfə olaraq Bakıda Avropa Oyunlarının keçirilməsindən istifadə edərək Azərbaycanın təbliği istiqamətində fəallıq göstərməlidirlər.

N.Qurbanov, həmçinin diaspor təşkilatlarının qondarma “erməni soyqırımı”nın ifşası istiqamətində əməkdaşlığının gücləndirilməsinin vacibliyini qeyd edib.

Görüşdə İstanbulda Azərbaycan kitabxanasının açılması təklifi irəli sürülüb və yaxın vaxtlarda belə bir kitabxananın yaradılması məsələsinə baxılacağı bildirilib.

Beş gündür Azərbaycanda səfərdə olan nümayəndə heyətinin üzvləri Bakı ilə yanaşı, Gəncədə, Salyanda, Qubada da olublar, Qafqaz İslam Ordusunun Bakını bolşevik-erməni daşnaklarından azad etməsinin 96-cı ildönümü ilə əlaqədar keçirilmiş tədbirlərə qatılıblar. Onlar, həmçinin Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Qubadakı kütləvi soyqırımı məzarlığını da ziyarət edib, müxtəlif görüşlər keçiriblər.

 

AzərTac.az