Səlim Müslümov BMT-nin müzakirələrində iştirak edəcək

Posted by

Səlim Müslümov BMT-nin müzakirələrində iştirak edəcəkSəlim Müslümov BMT-nin müzakirələrində iştirak edəcək

Səlim Müslümov BMT-nin müzakirələrində iştirak edəcək

Sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının “Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı”nın 20 illiyinə və onun gələcək icrası ilə bağlı görüləcək işlərin müzakirəsinə həsr olunmuş 29-cu xüsusi sessiyası keçiriləcək.

Sessiyada ölkəmizi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. Bu barədə Trend-ə ƏƏSMN-dən məlumat verilib.

1994-cü ildə Misirin Qahirə şəhərində keçirilmiş “Əhali və inkişaf üzrə konfrans”da əhali sakinliyi sahəsində aktual problemlərin həlli ilə bağlı dünya ictimaiyyətinin vahid mövqeyi formalaşıb və tədbirin yekunu olaraq “Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı” qəbul edilib. Proqram əhali və davamlı inkişaf, daxili və beynəlxalq miqrasiya, demoqrafik problemlər, gender bərabərliyi, reproduktiv sağlamlıq, təhsil və s. kimi sosial yönümlü problemlərin həllinə yönəlib. Sənəddə dünya ölkələrində müxtəlif əhali qruplarının (gənclər, ahıllar, əlilliyi olan şəxslər və s.) ehtiyaclarının ödənilməsi məsələsi də əksini tapıb.

Tədbirdə ölkəmizdə davamlı sosial-iqtisadi inkişaf prosesləri şəraitində əhali sakinliyi və demoqrafik sabitliyə nail olunması, əhalinin sosial müdafiəsi, əmək miqrasiyası proseslərinin tənzimlənməsi və digər sahələrdə aparılan islahatlar və əldə edilən uğurlar barədə Azərbaycan nümayəndə heyəti tərəfindən ətraflı məlumatlar verilməsi nəzərdə tutulur.

 

Trend.az