Ehtiyatda olan 10 min nəfərədək hərbi vəzifəli Silahlı Qüvvələrin irimiqyaslı təlim toplanışına cəlb edilib

Posted by

Ehtiyatda olan 10 min nəfərədək hərbi vəzifəli Silahlı Qüvvələrin irimiqyaslı təlim toplanışına cəlb edilibEhtiyatda olan 10 min nəfərədək hərbi vəzifəli Silahlı Qüvvələrin irimiqyaslı təlim toplanışına cəlb edilib

Ehtiyatda olan 10 min nəfərədək hərbi vəzifəli Silahlı Qüvvələrin irimiqyaslı təlim toplanışına cəlb edilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, sentyabrın 13-dən 20-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, o cümlədən Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin cəlb olunması ilə mərhələli surətdə irimiqyaslı əməliyyat-taktiki və komanda-qərargah təlimləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ali Baş Komandanın şəxsi göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 10.000 nəfərədək hərbi vəzifəli təlim toplanışına cəlb edilib. Təlimin planına uyğun olaraq döyüş hazırlığı çərçivəsində onlarla silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçirilir.

Trend-in bir müddət öncə sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) bildiriblər ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

 

Toplanışların müddətləri və vaxtı bu Qanuna uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyənləşdirilir: “Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Hərbi vəzifəlilər toplanışa Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən göndərilir. Müvafiq qanuna əsasən, səfərbərlik hazırlığının yoxlanılması məqsədi ilə hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 (on) günədək müddətə hərbi yoxlama toplanışlarına çağırıla bilərlər”.

 

Trend.az