Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı qaydalar sərtləşdirilir

Posted by

Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı qaydalar sərtləşdirilirAzərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı qaydalar sərtləşdirilir

Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı qaydalar sərtləşdirilir

Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin, yaxud filiallarının fəaliyyəti ilə bağlı qaydalar sərtləşdirilir.

 

Milli Məclisdən Trend-ə bildiriblər ki, bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna bir sıra əlavələr edilir.

 

Əlavə edilən 4.2-1-ci maddədə göstərilir ki, istənilən xarici qeyri-hökumət təşkilatının Azərbaycanda yalnız bir nümayəndəliyinin və yaxud filialının açılmasına icazə veriləcək.

 

Qanuna yenə əlavə olunan 6.1.1-1-ci maddədə deyilir ki, Azərbaycanda fəaliyyət göstərən xarici qeyri-hökumət təşkilatının nümayəndəliyi və yaxud filialı yerli müvafiq icra orqanına təqdim etdiyi əsasnaməsində öz hüquqi ünvanı, fəaliyyətinin predmeti və ona rəhbərlik edəcək şəxsin səlahiyyətlərini də göstərilməlidir.

 

Qanuna yeni əlavə olunan 6.1.5-ci maddəyə görə, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətin qeyri-hökumət təşkilatının nümayəndəliyi və yaxud filialı müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi sənədlər arasında ona rəhbərlik edəcək şəxsin səlahiyyət müddətini də göstərməlidir.

 

Qanuna əlavə edilən 6.1.6-cı maddədə göstərilir ki, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətin qeyri-hökumət təşkilatının nümayəndəliyinin və yaxud filialının rəhbəri öz müavininin təyin edilməsi barədə sənədi də müvafiq icra orqanına təqdim etməlidir. Bu sənəddə müavin barədə ətraflı məlumat göstərilməlidir.

 

Qanuna əlavə edilən 12.8.3-1-ci maddədə deyilir ki, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətin qeyri-hökumət təşkilatının nümayəndəliyi və yaxud filialı ona verilmiş tapşırıqlar, göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin dayandırılması, yaxud bərpa edilməsi, o cümlədən ləğv edilibsə, təşkilatın əmlak məsələləri barədə məlumatları da yerli müvafiq icra orqanına təqdim etməlidir.

 

Layihə Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

 

Trend.az