UNICEF-in Azərbaycan üzrə yeni nümayəndəsi təyin edilib
Andro Şilakadze Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF-in) Azərbaycandakı yeni Nümayəndəsi təyin edilib.
Fondun Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, A.Şilakadze bu vəzifəni cənab Mark Herevarddan sonra davam etdirəcək.
A.Şilakadze deyib ki, Azərbaycan artıq uşaq hüquqlarının həyata keçirilməsində nailiyyətlər əldə edib və ən həssas qrupları da əjatə ede bilmək üçün uğurlar əldə etməyə davam edir. O qeyd edib ki, UNİCEF uşaqların ehtiyaclarını qarşılamaqda və xüsusilə də ən imkansız və istisna olunmuş uşaqların unudulmadığını təmin etməkdə ölkəyə kömək etməyi öz öhdəsinə götürüb
Qeyd edək ki, A.Şilakadze əvvəllər UNICEF-in tərkibində Mərkəzi və Cənubi Asiya ölkələrində mötəbər vəzifələrdə işləyib. Hazırki vəzifəsindən əvvəl A.Şilakadze UNICEF -in Pakistannın Karaçi şəhərindəki Sahə Ofisinin Başçısı işləyirdi. Bu vəzifədə olarkən o Pakistanın Sindh vilayətində UNICEF -in proqramlarının inkişaf etdirilməsi və həyata keçirilməsinə rəhbərlik edib.
2003-2009-cu illər ərzində UNICEF -in Özbəkistandakı Ölkə Nümayəndəliyinn Rəhbər Müavini vəzifəsində işləyərkən o UNICEF-in ölkə üzrə proqramının inkişaf etdirilməsi və həyata keçirilməsinin bütövlükdə kordinasiya edib.
Cənab Şilakadze UNICEF -ə 1999-cu ildə Tiflisdə təşkilatın Səhiyyə Proqramının Rəhbəri kimi qoşulub. Növbəti 2001-2003-cü illərdə o UNICEF-in Sosial Siyasət Bölməsinə rəhbərlik edib.
O, həmçinin, ABŞ-nın Missuri ştatının Kolumbiya şəhərində Missuri Xəstəxana və Klinikalar üzrə Universitetinin professor kimi fəaliyyət göstərib. Burada o 1999-cu ildə neonatal xidmət sahəsində akademik fəaliyyətlərini həyata keçirib.
1996-ci ildən 1998-ci ilədək A.Şilakadze ABŞ-nın Missuri ştatının Ceferson şəhərində yerləşən Missuri Dövlət Səhiyyə Departamentində Qiymətləndirmə üzrə Lahiyə Rəhbəri vəzifəsində işləmişdir. Bu vəsifəsində o Missuri ştatının Cənub-Busil ərazisində həayat keçirilən layihə çərçivəsində planlaşdırma, məlumat toplanılması, təhlillər və hesabatların hazırlanması kimi öhdlikləri yerinə yetirib.
A.Şilakadze 1989-cu ildə Tiflis Dövlət Tibb Universitetinin Doktorluq dərəcəsinə layiq görülüb. Bunun ardınca 1992-ci ildə o Tiflisdəki Biotexnologiya İnstitutu nəzdində Tibb Elmləri Doktoru dərəcəsinə layiq görülüb.
Trend/az