Azərbaycan hərbçiləri böhranların idarə edilməsi təlimində iştirak edəcəklər
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 5-dən 13-dək Ekenas şəhərində (Finlandiya) Böhranların idarə edilməsi üzrə çoxmillətli NOCO 2014 təlimi keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Trend.az