Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir
Avropa Komissiyası Rusiyaya qarşı əlavə sanksiyaların təsdiq edilməsi üçün təklifləri Avropa İttifaqı Şurasına təqdim edib.
Trend-in Avropa Komissiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sanksiyalar həftənin sonunadək təsdiq olunmalıdır.
Təsdiqini gözləyən sanksiyalar kapital bazarına çıxış, müdafiə təyinatlı məhsullar, ikili təyinatlı mallar və texnologiyalara şamil ediləcək.
Bu təkliflər Aİ ölkələri tərəfindən nəzərdən keçiriləcək.
Trend.az