Gürcüstan Bakıda “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər və enerji nazirlərinin qeyri-formal görüşündə təmsil olunacaq
Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və xarici işlər naziri xanım Mayya Pancikidze Bakıda “Şərq Tərəfdaşlığı” ölkələrinin XİN rəhbərlərinin və energetika nazirlərinin qeyri-formal görüşündə iştirak edəcəklər. Bu barədə Trend-ə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.
Bundan əvvəl Azərbaycan sentyabrın 8-9-da Bakıda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin xarici işlər və energetika nazirlərinin qeyri-formal görüşünün keçirilməsinə dair təşəbbüslə çıxış etmişdi.
Azərbaycan da daxil olmaqla altı ölkəni əhatə edən Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramı Polşa və İsveçrənin Aİ-nin Qonşuluq siyasəti çərçivəsində MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür.
K.Kaladze və M.Pancikidzenin səfər çərçivəsində Azərbaycan tərəfi ilə ölkələr arasında ikitərəfli və regional əməkdaşlığın inkişafı üzrə danışıqlar aparacaqları gözlənilir.
Trend.az