BQXK: Azərbaycanda əsirlikdə olan erməni hərbçi üçüncü ölkəyə təhvil verilib
Azərbaycanda əsirlikdə olan erməni hərbçi avqustun 26-də üçüncü ölkəyə təhvil verilib. Bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
Onun sözlərinə görə, həmin erməni hərbçi üçüncü ölkəyə təhvil verilməzdən öncə BQXK-nın nümayəndələri onunla görüşüblər.
Ermənistan KİV-lərinin yaydığı məlumata görə, A.İnciqulyan üçüncü ölkəyə avqustun 26-da göndərilib.
Xatırladaq ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi, 1991-ci il təvəllüdlü Akop Gevorkoviç İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan əraziyə keçib.
Erməni əsir A.İnciqulyan öz ölkəsinə – Ermənistana deyil, üçüncü ölkəyə getmək istəməsi barədə Azərbaycan hökumətinə ərizə ilə müraciət etmişdi.
Trend.az