Azərbaycan və Yeni Zelandiya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin perspektivləri müzakirə edilib

Posted by

Azərbaycan və Yeni Zelandiya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin perspektivləri müzakirə edilibAzərbaycan və Yeni Zelandiya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin perspektivləri müzakirə edilib

Azərbaycan və Yeni Zelandiya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin perspektivləri müzakirə edilib

Azərbaycan və Yeni Zelandiya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi üçün hərtərəfli zəmin mövcuddur. Trend-in Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Yeni Zelandiyanın General-Qubernatoru general-leytenant Cerri Mateparaey Azərbaycanın Avstraliya İttifaqı, Fici Respublikası və Yeni Zelandiyaya təyin olunmuş səfiri Rövşən Cəmşidovun etimadnaməsinin təqdim olunmasından sonra keçirilən görüşdə bildirib.

General-Qubernator R.Cəmşidovu Azərbaycanın Yeni Zelandiyaya təyin edilmiş ilk səfiri kimi təbrik edərək, bu təyinatın ölkələrimiz arasında əlaqələrin inkişaf etməsinə təkan verəcəyinə ümidvar olduğunu deyib. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu dövrdə əldə etdiyi təcrübəsinin Yeni Zelandiya üçün maraq kəsb etdiyini qeyd edərək, ölkələrimiz arasında BMT çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın vacibliyini vurğulayıb.

 

C.Mataparaey salamlarının və ən səmimi arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan xalqına çatdırılmasını xahiş edib.

 

Səfir fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib və Azərbaycanın siyasi-iqtisadi və sosial inkişafı və ölkəmizin təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumat verib.

 

Trend.az