Ukrayna prezidenti Ali Radanın səlahiyyətlərini vaxtından əvvəl dayandırıb

Posted by

Ukrayna prezidenti Ali Radanın səlahiyyətlərini vaxtından əvvəl dayandırıbUkrayna prezidenti Ali Radanın səlahiyyətlərini vaxtından əvvəl dayandırıb

Ukrayna prezidenti Ali Radanın səlahiyyətlərini vaxtından əvvəl dayandırıb

Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radanın səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar verib.

 

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Twitter “ səhifəsində prezidentin mətbuat katibi Svyatoslav Tseqolko məlumat yayıb.

 

“Prezident Ali Radanın səlahiyyətlərini vaxtından əvvəl dayandırıb, çünki bu yeganə düzgün və məsuliyyətli qərardır”, deyə o qeyd edib.

 

Mətbuat katibinin sözlərinə görə, Pyotr Poroşenko demokratik siyasi qüvvələri seçkilərə vahid Ukrayna və Avropa meyilli komanda qismində getməyə çağırıb”.

 

Apa.az