Azərbaycan XİN Abxaziyada keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Abxaziyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bildirərək, Abxaziyada 24 avqust 2014-cü ildə keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edib.
Apa.az