Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində üçüncü plenar iclas keçirilir

Posted by

Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində üçüncü plenar iclas keçirilirBakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində üçüncü plenar iclas keçirilir

Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində üçüncü plenar iclas keçirilir

Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası çərçivəsində üçüncü plenar iclas keçirilir.

AzərTAc xəbər verir ki, ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç iclasın gündəliyi haqqında məlumat vermişdir.

ATƏT PA-nın gender məsələləri üzrə xüsusi nümayəndəsi Hidi Fray adından xanım Valburgin Habsburq Duqlas məruzə ilə çıxış etmişdir. Gender bərabərliyinin qorunması istiqamətində Avropa ölkələrinin hökumət strukturlarında durğunluğun müşahidə olunduğunu bildirən V.Duqlas vurğulamışdır ki, Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun açıqlamasına əsasən işə götürülən insanların müəyyən qisminin qadın olması gələcəkdə bu sahədə irəliləyişlərin əldə ediləcəyini deməyə əsas verir.

V.Duqlas regionda qadınların proseslərdən təcrid olunmasının davam etdiyini söyləmiş, gələcəkdə qadınların ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində işlərin görülməsinin zəruriliyini vurğulayaraq demişdir ki, ATƏT regionunda problemlərin həll olunması üzərində birgə çalışmalı və güclü siyasi iradə nümayiş etdirməlidir.

ATƏT-i qadınların cəmiyyət həyatında daha yaxından iştirakı yollarını axtarmağa çağıran italiyalı deputat xanım Marieta Tidei cəmiyyətdə hər zaman qadınların iştirakının vacibliyini diqqətə çatdırmış və bu istiqamətdə tədqiqatların aparılmasını təklif etmişdir.

 

AzərTac.az