Azərbaycanın və Xorvatiyanın Baş prokurorluqları arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

Posted by

Azərbaycanın və Xorvatiyanın Baş prokurorluqları arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdurAzərbaycanın və Xorvatiyanın Baş prokurorluqları arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

Azərbaycanın və Xorvatiyanın Baş prokurorluqları arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

İyulun 1-də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov xorvatiyalı həmkarı Dinko Svitan ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə qonağa son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, kadr potensialının formalaşdırılması istiqamətində aparılan əsaslı islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə ətraflı məlumat verilmişdir.

Söhbət zamanı hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən danışılmış, iki ölkənin prokurorluq orqanları arasında münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.

 

AzərTac.az