Azərbaycanda yol qəzası zamanı dəymiş ziyanın vahid qiymətləndirmə mexanizmi tətbiq ediləcək

Posted by

Azərbaycanda yol-nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın qiymətləndirilməsinin vahid mexanizmi yaradılacaq. Bunu cümə günü Trend- ə İcbari Sığorta Bürosunun (İSB) sədri Elxan Quliyev deyib.

Onun sözlərinə görə, bu məsələdə vahid yanaşmanın olmaması icbari avtomobil sığortası sahəsində əsas problemlərdəndir: “Bu sahənin dünya lideri “Audatex” şirkəti yol qəzası zamanı avtomobil sahibinin hansı şirkətdə sığortalanmasından asılı olmayaraq, dəymiş ziyanın qiymətləndirilməsinin universal mexanizmini təklif edir”.

E.Quliyev qeyd edib ki, Azərbaycanda bu mexanizmin tətbiqinə dair danışıqlar davam edir: “Bu şirkətin nümayəndəliyinin Azərbaycanda açılması bir neçə ayın məsələsidir. Bundan başqa, xarici mütəxəssislər il ərzində yerli bazarın öyrənilməsi üzrə öhdəlik götürüblər, İSB onlara lazımi məlumatı təqdim edib”.

İSB sədri əlavə edib ki, bazar bu təşəbbüsü dəstəkləyir.

Trend.az