Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü bu qurumun prezidentinə və Büro üzvlərinə etiraz məktubu göndərmişdir

Posted by

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü bu qurumun prezidentinə və Büro üzvlərinə etiraz məktubu göndərmişdir

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü bu qurumun prezidentinə və Büro üzvlərinə etiraz məktubu göndərmişdir

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü bu qurumun prezidentinə və Büro üzvlərinə etiraz məktubu göndərmişdir

Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA prezidenti xanım Ann Brasörə və Büro üzvlərinə etiraz məktubu göndərmişdir.

AzərTAc xəbər verir ki, məktubda Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistanın nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilməsinə dair qətnamə layihəsinin iyunun 18-də AŞPA-nın saytında dərc olunduğu, həmin layihənin Assambleyanın 14 üzv dövlətini təmsil edən 58 deputat tərəfindən imzalandığı bildirilmişdir.

Deputat məktubunda qətnamə layihəsinə qarşı son dəqiqədə AŞPA-nın baş katibi Voytsex Savitskinin prosedur etirazı qaldırdığını qeyd etmiş, Assambleyanın Ermənistanın hazırki nümayəndə heyətinin mandatını şübhə altına almaq barədə tələsik prosedur məruzəsi deyil, səlahiyyətli Komitənin lazımi qaydada hazırladığı məruzə əsasında ermənilərin səsləndirdiyi arqumentlər daxil olmaqla, işğal altındakı Azərbaycan əraziləri məsələsinin geniş müzakirə edilməsinin vacibliyini diqqətə çatdırmışdır. Bu, hər şeydən əvvəl, real faktdır. Bundan əlavə, ümumi prinsipə görə, Assambleya qərarların verilməsində suverendir, beləliklə, o, eyni zamanda, real fakt əsasında sanksiyalar qəbul edə bilər. Əslində bunun əksi parlament demokratiyasının bütün prinsiplərinə, eləcə də sağlam düşüncəyə zidd olar. Qətnamə layihəsi təqdim və dərc edilmiş, AŞPA-nın saytında yerləşdirilmişdir. Bu isə sənədin müvafiqliyini açıq-aydın sübut edir. Bu qətnamə layihəsi Assambleyanın rəsmi sənədidir.

E.Süleymanov qətnamə layihəsinə V.Savitski tərəfindən qəflətən müəyyən prosedur maneəsinin yaradılmasına, layihənin yenidən yazılması ilə bağlı Katibliyin tələbinə etirazını bildirərək layihənin müəllifi kimi bütün Büro üzvlərini konsensusla razılaşdırıldığı kimi, qətnamə layihəsinin lehinə səs verməyə çağıraraq demişdir: “Dərin təəssüf hissi ilə belə bir nəticəyə gəlirəm ki, mövzu Azərbaycanın legitim tələbləri olduqda bir daha və yenidən ən son dəqiqədə administrativ maneələr ortaya çıxır. Bununla bərabər, bütün həmkarlarımı bu qətnamə layihəsinin müzakirələrdən kənarlaşdırılması istiqamətində ədalətsizliyin və ayrı-ayrı qüvvələrin korporativ maraqlarının Avropa Şurasının baza prinsiplərindən üstün tutulmasının qarşısını almağa çağırıram”.

 

AzərTac.az