Ann Brasör: Hər bir üzv ölkənin ərazi bütövlüyü bizim üçün prioritet məsələdir

Posted by

Ann Brasör: Hər bir üzv ölkənin ərazi bütövlüyü bizim üçün prioritet məsələdir

Ann Brasör: Hər bir üzv ölkənin ərazi bütövlüyü bizim üçün prioritet məsələdir

Ann Brasör: Hər bir üzv ölkənin ərazi bütövlüyü bizim üçün prioritet məsələdir

Hər bir üzv ölkənin ərazi bütövlüyü Avropa Şurası Parlament Assambleyasının prioritet məsələsidir. Trend-in məlumatına görə, bunu AŞPA sədri Ann Brasör qurumun yay plenar sessiyasının ilk günündə jurnalistlər üçün keçirdiyi mətbuat konfransında “beynəlxalq təşkilatlar, o cümlədən AŞ başqa ölkələrin işğal faktına tez reaksiya verdiyi halda, niyə 20 ildən artıqdır ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına bu cür rekasiya vermir və Ermənistana qarşı sanksiyalar tətbiq etmir?” sualına cavabında deyib.

 

A.Brasör qeyd edib: “Deməliyəm ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycan ərazilərinin işğalı ilə bağlı sənəd qəbul edib. 2005-ci ilin yanvar ayında bununla bağlı qətnamə qəbul edilib (1416 saylı qətnamə). Biz həqiqətən, Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdik və dəstəklədik. Dediyim kimi, bununla bağlı artıq sənəd var. Bundan sonra məsələyə dair digər bir hesabatın olub-olmayacağına baxmaq lazımdır. Mən Bakıda olanda da dedim ki, hər bir ölkənin ərazi bütövlüyü bizim üçün ən vacib məsələdir. Biz bu məsələ üzərində yenidən işləyəcəyik”.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yay sessiyası bu gün öz işinə başlayıb.

Trend-in məlumatına görə, iyunun 27-dək davam edəcək sessiyanın ilk günündə Azərbaycanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov da çıxış edəcək.

Sessiyanın ilk günündə AŞPA Bürosu və Daimi Komitəsinin fəaliyyəti haqqında tərəqqi hesabatı veriləcək, Makedoniya və Ukraynada keçirilmiş seçkilərlə bağlı müzakirələr aparılacaq.

Sessiyanın ikinci günündə Avropa Şurasının baş katibi seçiləcək.

Sessiyasının gedişində müxtəlif mövzularda debatların keçirilməsi nəzərdə tutulub.

 

Trend/az