Ombudsmanların XII Bakı Beynəlxalq konfransının iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər

Posted by

Ombudsmanların XII Bakı Beynəlxalq konfransının iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər

Ombudsmanların XII Bakı Beynəlxalq konfransının iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər

Ombudsmanların XII Bakı Beynəlxalq konfransının iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər

Ombudsmanların XII Bakı Beynəlxalq konfransının iştirakçıları iyunun 20-də Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət etmişlər.

AzərTAc xəbər verir ki, ziyarətə gəlmiş konfrans iştirakçıları arasında Avropa, Asiya, Amerika qitələrinin 15-dən çox ölkəsindən ombudsmanlar və onların nümayəndələri, insan hüquqları sahəsində ekspertlər, beynəlxalq təşkilatların təmsilçiləri və hüquqşünas alimlər olmuşlar.

Beynəlxalq konfransın iştirakçılarının diqqətinə çatdırılmışdır ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilmişdir. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılmışdır. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir.

Ziyarətçilərə məlumat verilmişdir ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış və 2013-cü il sentyabrın 18-də açılışı olmuşdur. Diqqətə çatdırılmışdır ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada, həmçinin Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə məlumatlar və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar vardır.

Məzarlığı ziyarət edən Türkiyə nümayəndə heyətinin üzvü Serpil Çakın jurnalistlərə açıqlamasında burada gördüklərindən təsirləndiyini bildirmişdir. O qeyd etmişdir ki, müasir dövrdə, ümumilikdə, soyqırımı olmamalıdır. Türkiyəli qonaq demişdir ki, bəzi xalqlar onlara qarşı soyqırımı törədildiyini iddia edirlər, biz isə burada faktı gördük”.

Rusiyanın Orenburq vilayətinin ombudsmanı Anatoli Çadov isə bildirmişdir ki, onların vəzifəsi dünyada bu cür halların təkrarlanmasının qarşısını almaqdan ibarətdir və bunun üçün birlikdə fəaliyyət göstərmək lazımdır.

 

AzərTac.az