Avropa Birliyi Azərbaycanda bərpa olunan enerji sahəsində 14 mln. avroluq layihəni maliyyələşdirəcək

Posted by

Avropa Birliyi Azərbaycanda bərpa olunan enerji sahəsində 14 mln. avroluq layihəni maliyyələşdirəcək

Avropa Birliyi Azərbaycanda bərpa olunan enerji sahəsində 14 mln. avroluq layihəni maliyyələşdirəcək

Avropa Birliyi Azərbaycanda bərpa olunan enerji sahəsində 14 mln. avroluq layihəni maliyyələşdirəcək

Bu gün Bakıda “Alternativ və bərpa olunan enerji mənbələrindən və enerjidən səmərəli istifadənin təkmilləşdirilməsinin maliyyə stimulları” mövzusunda seminar keçirilib.

 

 

“APA-Economics”in məlumatına görə, seminarda çıxış edən Enerjidən Səmərəli İstifadə üzrə Dövlət Proqramının işçi qrupunun rəhbəri, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cəmil Məlikov Alternativ və bərpa olunan enerji mənbələrindən və enerjidən səmərəli istifadənin (ESİ) təkmilləşdirilməsinin maliyyə stimullarının hazırlanması zamanı görülən işlər barəsində ətraflı məlumat verib.

 

O bildirib ki, artıq bu proqram həyata keçirildiyi müddətdə kifayət qədər nailiyyətlər əldə olunub. Onlardan biri də Azərbaycan prezidenti tərəfindən alternativ və bərpa olunan enerji mənbələri üçün avadanlıqların ölkəyə gətirilərkən gömrük rüsumundan azad olunmasıdır: “Bununla belə, bu sahədə hələ də problemlər qalmadadır. Bunlardan başlıcası isə bu sahəyə investisiyaların və investorların cəlb olunmasıdır. Bu sahənin inkişafı üçün əsas prioritet də budur ki, bu sahəyə investorlar maraq göstərsinlər və bu sahəyə investisiyalar yatırmaqda maraqlı olsunlar”.

 

C.Məlikov bütövlükdə bu sahəyə cəmiyyətdə böyük marağın olduğunu vurğulayıb, O, son illər Dövlət Agentliyi tərəfindən ölkədə həyata keçirilən sosial və dövlət əhəmiyyətli layihələrdən danışıb: “Bu gün ölkədə istehsal olunan ümumi enerji istehsalının 8%-i alternativ və bərpa olunan enerjinin hesabına əldə olunub. Məqsədimiz qurulan yeni günəş panelləri və külək enerjisi istehsal edən avadanlıqların köməyi ilə gələcəkdə bu rəqəmi Avropa ölkələrində olduğu kimi, ümumi enerji istehsalının 20%-ə çatdırılmasına nail olmaqdır”.

 

C.Məlikov qeyd edib ki, Avropa Birliyinin maliyyə vəsaiti hesabına həyata keçirilən layihə gələcəkdə daha da genişləndiriləcək.

 

Avropa Birliyinin layihə meneceri Maqro Qomez Miqel isə qeyd edib ki, Avropa alternativ və bərpa olunan enerji mənbələrinin əldə olunmasına və istifadəsinə olduqca böyük önəm verir. Onun sözlərinə görə, bu səbəbdən Azərbaycanın bu sahədə irəliləyiş əldə etməsində və bu sahə üzrə Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar: “Bu proqrama uyğun olaraq layihə üçün 14 mln. avro ayırıb və bu layihə 3 il müddətində davam edəcək. Avropa Birliyi bu layihəyə davamlı olaraq dəstək verəcək. Əmin olmaq istərdik ki, bundan sonra bu sahədə ölkədə daha böyük dəstək veriləcək, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri sahəsində nailiyyətlər və uğurlar əldə olunacaq”.

 

Sonda layihə ətrafında geniş müzakirələr aparılıb.

 

Apa.az