Azərbaycanda istehsalatda baş vermiş bədbəxt hadisələrə və peşə xəstəliyinə görə sığorta hadisəsinin müəyyən olunması halları artırılır

Posted by

Azərbaycanda istehsalatda baş vermiş bədbəxt hadisələrə və peşə xəstəliyinə görə sığorta hadisəsinin müəyyən olunması halları artırılır.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna edilən yeni dəyişikliklərə əsasən, müvafıq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnaməyə əsasən də sığorta hadisəsi müəyyən oluna bilər.

Layihəyə əsasən, sığortaçı sığorta ödənişini bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

Qeyd edək ki, sözügedən qanuna dəyişikliklər Milli Məclisin iclasına tövsiyə edilib. Layihə parlamentin iyunun 20-də keçiriləcək gündəliyinə daxil edilib.

Trend.az