Riçard Morninqstar: “Azərbaycan ABŞ-ın güclü tərəfdaşı olaraq qalmaqdadır”

Posted by

Riçard Morninqstar: “Azərbaycan ABŞ-ın güclü tərəfdaşı olaraq qalmaqdadır”

“Mən səfir olduğum dövrdə Azərbaycanda demokratiya və insan haqları məsələsini daim diqqətdə saxlamışıq”.

Riçard Morninqstar: “Azərbaycan ABŞ-ın güclü tərəfdaşı olaraq qalmaqdadır”

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

 

R. Morninqstar bildirib ki, səfir kimi səlahiyyət müddəti başa çatandan sonra da Azərbaycanda bu sahələr diqqət mərkəzində olacaq. Səfir qeyd edib ki, Azərbaycan ABŞ-ın güclü tərəfdaşı olaraq qalmaqdadır. O, ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı keçirilən dinləmələri “çox yaxşı, balanslı” adlandırıb: “Dinləmələrdə demokratiya və insan haqları ilə bağlı məsələlər öz əksini tapıb. Eyni zamanda hər iki ölkənin bu istiqamətlərdə birgə işləməsi də müzakirə mövzusu olub”.

 

R. Morninqstar ABŞ-la Azərbaycan arasında digər maraq doğuran sahələrin də olduğunu və sahələrdə işlərin davam edəcəyini vurğulayıb.

 

Səfir Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycanda fəaliyyəti haqqında da danışıb: “MDİ-nin Azərbaycan qanunlarına uyğun fəaliyyət göstərdiyini hesab edirik. İnstitutun Azərbaycandakı gələcək statusu barədə isə bir söz deyə bilmərəm. Cinayət işi ilə əlaqədar suallar prokurorluğa ünvanlanmalıdır”.

 

Braziliyada keçirilən futbol üzrə dünya çempionatına toxunan R. Morninqstar Azərbaycan xalqının dünya çempionatında ABŞ yığmasına azarkeşlik edəcəyinə ümid edir: “Azərbaycan yığmasının futbol üzrə dünya çempionatında iştirak etmədiyini nəzərə alıb, ümid edirəm ki, Azərbaycan xalqı ABŞ yığmasına azarkeşlik edəcək”.

 

R. Morninqstar ABŞ yığmasının Qana yığması üzərində qələbəsinə sevindiyini də söyləyib.