Azərbaycan Ermənistanın NATO Parlament Assambelyasından çıxarılmasını tələb edib
Assambelyasından çıxarılması məsələsini qaldırıb.
APA-nın məlumatına görə, bununla bağlı rəsmi təklifi qurumun bu gün Bakıda keçirilən “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Roth” seminarında Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov təqdim edib.
Z. Əsgərov tələbi onunla əsaslandırıb ki, Ermənistanın Azərbaycanda törətdiyi terror hadisələri sübut olunub və belə bir terrorçu dövlətin NATO ilə əməkdaşlığı qəbuledilməzdir: “Siz NATO olaraq Rusiya ilə əlaqələri kəsdiniz, NATO PA-da iki il müddətinə səsvermədən məhrum etdiniz. Bəs bu qədər işğalın və terrorun qarşılığında niyə Ermənistan qurumdan uzaqlaşdırılmır? Ona görə bu məsələyə birdəfəlik aydınlıq gətirilməsini NATO PA-dan tələb edirik”.
Apa.az