NATO Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflər arasında qarşılıqlı anlaşmaya nail olmaq üçün səylərini davam etdirəcək
NATO Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflər arasında qarşılıqlı anlaşmaya nail olmaq üçün səylərini davam etdirəcək.
Trend xəbər verir ki, Bakıda NATO Parlament Assambleyasının (PA) “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarının açılışında NATO PA-nın prezidenti Hyu Beyli deyib.
Onun fikrincə, bu seminar parlament dialoqundan istifadə edilməsinə imkan verir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bildirən NATO PA-nın prezidenti deyib ki, bu problemi müharibə yolu ilə həll etmək mümkün deyil: “Azərbaycan mürəkkəb regionda yerləşir. Dağlıq Qarabağ münaiqişəsini müharibə yolu ilə həll etmək mümkün deyil. Bunu kompromislər yolu ilə həll etmək lazımdır.
NATO özü bu prosesdə iştirak etməsə də, qarşılıqlı anlaşmaya nail olmaq üçün səylərini davam etdirəcək”.
H.Beyli qeyd edib ki, NATO tərəflər arasında etibarın yaradılmasının vacib hesab edir. Bu səbəbdən o, Ermənsitan parlamentinin nümayəndələrinin Bakıda iştirakını təqdirəlayiq hal hesab etdiyini deyib.
Trend/az