Bakıda NATO PA-nın Rouz-Rout seminarı keçirilir
Bakıda NATO Parlament Assambleyasının (PA) “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusuna həsr olunmuş 86-cı Rouz-Rout seminarı keçirilir.
Trend xəbər verir ki, seminarın açılışında Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, NATO PA-nın prezidenti Hu Beyli, İsveçrənin Azərbaycandakı səfiri Paskal Aebişer, LİNKS təşkilatının direktoru Dennis Sammut çıxış edəcəklər.
Daha sonra seminar “Azərbaycanın xarici və təhlükəsizlikpriotetləri və Avro-Atlantik inteqrasiya”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi”, “Azərbaycanda idarəçilik sektorunda islahatlar”, “Azərbaycanda Təhlükəsizlik sektorunda islahatlar”, “Krım böhranı: Cənubi Qafqaz üçün nəticələri”, “Gürcüstanın Avro-Atlantik yolu: perspektivlərvə qalan çağırışlar”, “Enerji təhlükəsizliyi: Cənubi Qafqaz və Xəzər regionlarında yeni imkanlar”, “İran və regional təhlükəsizlik”, “2014-cü ildən sonrakı Əfqanıstan: Daxili və regional sabitliyin dəstəklənməsi” sessiyaları üzrə davam edəcək.
Qeyd edək ki, 3 gün davam edəcək seminarda Ermənistan nümayəndələri də iştirak edir.
Trend/az