Müdafiə Nazirliyi şəxsi heyətlə iş üzrə məsələlərə diqqəti artırır

Posted by

Müdafiə Nazirliyi şəxsi heyətlə iş üzrə məsələlərə diqqəti artırır

Müdafiə Nazirliyi şəxsi heyətlə iş üzrə məsələlərə diqqəti artırır

Müdafiə Nazirliyi şəxsi heyətlə iş üzrə məsələlərə diqqəti artırır

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində şəxsi heyətlə iş üzrə komandir müavinlərinin metodik toplantısı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, tədbirdə Silahlı Qüvvələrdə tərbiyə işinin təkmilləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı səviyyəsinin artırılması, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, hər bir gənc döyüşçünün hansı amal, məqsəd uğrunda mübarizə aparmasının mahiyyətini dərindən dərk etməsi və psixoloji əməliyyatlar mövzularında məruzələr dinlənilib.

Toplantıda həmçinin qanun pozuntularının, nizamnamədən kənar hərəkətlərin qarşısının alınması məqsədilə tədbirlərin təşkili, hərbi hissələrdə xidmətin günün nizam qaydalarına uyğun yerinə yetirilməsi üçün normal şəraitin yaradılması, kollektivlərdə münasibətlərin sağlam mühit şəraitində qurulması məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Bildirilib ki, qeyd olunan bu fəaliyyətlər Müdafiə nazirinin tələblərinə müvafiq olaraq komandirlərin və şəxsi heyətlə iş üzrə zabitlərin daim diqqət mərkəzində olmalıdır.

Metodik toplantıya Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Rüfət Əmirovun geniş məruzəsilə yekun vurulub.

 

Trend.az