Müdafiə Nazirliyində Milli Qurtuluş Günü ilə bağlı silsilə tədbirlər planı hazırlanıb

Posted by

Silahlı Qüvvələrdə Milli Qurtuluş Günü qeyd edilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mMüdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, 15 İyun – Milli Qurtuluş Gününün qeyd edilməsi ilə əlaqədar silsilə bayram tədbirlərinə start verilib.

Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, Hərbi Hava və Hərbi Dəniz qüvvələrində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi hissə və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində təntənəli mərasimlər keçirilir.

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi, Milli Qəhrəmanlar və Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının üzvlərindən ibarət qrup Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək üçün cəbhə bölgəsində yerləşən hərbi hissələrdə səfərdədir.

Silsilə bayram tədbirləri iyunun 15-dək davam edəcək.

Trend.az