Azərbaycanda minimum istehlak səbətinin yeni tərkibi təsdiq edildi

Posted by

Azərbaycanda minimum istehlak səbətinin yeni tərkibi təsdiq edildi

Azərbaycanda minimum istehlak səbətinin yeni tərkibi təsdiq edildi

Azərbaycanda minimum istehlak səbətinin yeni tərkibi təsdiq edildi

“Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərar qəbul edilib.

Nazirlər Kabinetindən Trend-ə daxil olan məlumata görə, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 170 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Nazirlər Kabineti qərara alıb ki, “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycanda minimum istehlak səbətinin tərkibi” yeni redaksiyada təsdiq edilsin.

Bu qərar 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Trend.az