Azərbaycan və Türkiyənin mədəniyyət və turizm nazirlərinin görüşü olub

Posted by

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı çərçivəsində Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çeliklə görüşüb.

Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə qeyd olunub ki, sammitin əsas mövzusunun turizm olması ölkə rəhbərlərinin bu sahəyə verdiyi əhəmiyyətin göstəricisidir.

İki ölkənin mədəniyyət və turizm əlaqələrinin hazırkı vəziyyəti, əməkdaşlıq proqramının hazırlanması, UNESCO-ya birgə faylların təqdim olunması, birgə turizm işçi komissiyasının yaradılması, bu ilin noyabr ayında Bakıda keçiriləcək Türkiyə Mədəniyyət Günləri və s. məsələlər müzakirə olunub.

Ə. Qarayev Ö. Çeliki Bakıya səfərə dəvət edib.

Apa.az