Azərbaycan diaspor təşkilatı BMT-nin Avropa üzrə Cenevrədəki ofisində akkreditasiyadan keçməyə hazırlaşır

Posted by

Azərbaycan diaspor təşkilatı BMT-nin Avropa üzrə Cenevrədəki ofisində akkreditasiyadan keçməyə hazırlaşır

Azərbaycan diaspor təşkilatı BMT-nin Avropa üzrə Cenevrədəki ofisində akkreditasiyadan keçməyə hazırlaşır

Azərbaycan diaspor təşkilatı BMT-nin Avropa üzrə Cenevrədəki ofisində akkreditasiyadan keçməyə hazırlaşır

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) BMT-nin Avropa üzrə Cenevrədəki ofisində akkreditasiyadan keçmək üçün müraciət olunub və tezliklə müsbət cavab alınacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə jurnalisdtlərə BAK-ın prezidenti Sahil Qasımlı bildirib.

 

S.Qasımlı deyib ki, bu kimi təşkilatlarda akkreditasiyadan keçmək orada rəsmən tanınmaq deməkdir və bu da Azərbaycan həqiqətlərini dünyaya tanıtmaqda çox mühüm rol oynayır.

 

Qeyd edək ki, Benilüks Azərbaycanlıları Konqresi Avropa Parlamentində akkreditasiyadan keçib, eyni zamanda soyqırımı problemlərini araşdıran aparıcı Avropa institutları ilə danışıqlara başlayıb.

 

BAK rəhbəri bildirib ki, Azərbaycan diasporunun yeni başlamaq istədiyi lobbiçilik hərəkatında bu, çox həlledici məqamdır: “Avropa Parlamentində akkreditasiyadan keçmək daha geniş imkan verəcək ki, üzv olan 28 ölkə ilə ciddi işlər görək. Bunun çox səmərəli nəticələri olacaq”.

 

S. Qasımlı onu da deyib ki, gələn il ermənilərin Avropada uydurma erməni soyqırımının 100 iliyinin keçirilməsi ilə bağlı planları var və Azərbaycan diasporu buna qarşı ciddi hazırlıqlar görür: “Dünya erməni diasporu bununla bağlı Avropada ciddi nəsə eləmək istəyir. Tezliklə bizim qurultayımız olacaq ki, biz orada ciddi qərarlar qəbul edib planlar quracağıq. Bizim ciddi addımlarımız olacaq”.

 

BAK rəhbəri qeyd edib ki, gələn il Azərbaycanda keçiriləcək Avropa Yay Olimpiya oyunları ilə bağlı ermənilərin Avropada əks təbliğat aparılması gözlənilir: “Bunun da qarşısının alınması üçün biz işimizi quracağıq”.

 

O artıq Avropa Parlament üzvlərinə məktubların göndərilməsinə başlandığını bildirib: “Həmçinin Haaqada dünyada baş vermiş soyqırımlarını analiz edən institutlar var ki, onlarla hazırda ciddi iş aparır. Danışıqlarda bizə bildirilir ki, qondarma bir erməni soyqırımı barədə düşünməkdənsə, yaxın tarixdə baş verən real Xocalı soyqırımını də nəzərə alıb bu institutlarda qeydə almaq lazımdır. Əminəm ki, tezliklə Avropada bu soyqırımına hüquqi və siyasi qiymətlərin verilməsi üçün bu institutların böyük rolu olacaq”.

 

Trend.az