Bakıda “Avropa şəhərciyi” açılıb

Posted by

Bakıda "Avropa şəhərciyi" açılıb

Bakıda “Avropa şəhərciyi” açılıb

Bakıda "Avropa şəhərciyi" açılıb

Trend-in məlumatına görə, tədbir Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və Avropa İttifaqına üzv dövlətlərin səfirlikləri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil edilib.

Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard iştirakçıları salamlayaraq bildirib ki, bu tədbir vasitəsilə azərbaycanlıların Avropa haqqında məlumatlarını artırmağa çalışırlar.

Onun sözlərinə görə, təqdim olunan köşklərdə Avropa mədəniyyəti, təhsili, musiqisi, mətbəxi barədə bilgilər verilir. M.Mard deyib ki, bir gün ərzində burada olan hər kəs özünü virtual olaraq Avropada hiss edəcək.

Daha sonra Avropa İttifaqına üzv ölkələrin səfirləri iştirakçıları öz dillərində salamlayıblar, ardınca tədbirin musiqili-əyləncəli hissəsi başlayıb.

“Avropa şəhərciyi”ndə Aİ-yə üzv olan bir sıra ölkələrin köşkləri qurulub. Şəhər sakinləri və xarici qonaqlar həmin köşklərə yaxınlaşaraq müxtəlif ölkələrin mədəniyyətləri, tarixləri və milli xüsusiyyətləri barədə maraqlı məlumatlar əldə edə bilərlər.

Tədbirin sonunda isə Niderland, Xorvatiya və Estoniyadan olan musiqiçilərin konserti təqdim olunacaq.

 

Trend.az