Səfir: Fransua Olland Dağlıq Qarabağ münaqişəsi tərəflərinə konkret təkliflər verib və bu təkliflər Fransada müzakirə edilə bilər

Posted by

ATƏT-in Minsk qrupunun həmsədrləri artıq Bakıda rəsmi görüşlər keçiriblər. Səfərdə əsas məqsəd yeni fransalı həmsədr Pyer Andryönü Azərbaycan Prezidentə tədim etməkdir. Trend-in məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye jurnalistlərə açıqlamasında deyib.

O, yeni həmsədri çox gözəl tanıdığını vurğulayıb: “Biz 20 il əvvəl tanış olmuşuq. Mən Çində diplomat işləyərkən, o mənim müavinim olub. Sonra Moskvada işləyib, ardınca səfir kimi Tacikistan və Moldovada çalışıb. Ona görə də keçmiş Sovet İttifaqını yaxşı tanıyır”.

Səfirin sözlərinə görə, Jak For iyun ayının ortalarına qədər həmsədr vəzifəsində qalacaq, bu vaxta kimi isə Pyer Andryö səfərlərdə onunla bərabər olacaq.

P.Mönye əlavə edib ki, 20 illik atəşkəsdən sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün konkret addımlar atılmalıdır: “Çünki Azərbaycan və Ermənistan arasında sülhün olması regionda sabitliyə, əmin-amanlığa təsir edə biləcək. Prezident Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini həmsədrlərlə birgə Fransada qəbul etməyə hazır olduğunu bildirib. Sadəcə bu təklif prezidentlər tərəfindən qəbul olunmalıdır. Olland tərəflərə sülhə nail olmaq üçün konkret təkliflər verib və prezidentlər bu təklifləri Fransada müzakirə edə bilərlər”.

Son günlər cəbhədə atəşkəsin pozulmasına da toxunan diplomat baş verənləri böyük narahatlıqla izlədiyini vurğulayıb: “Amma inanmıram ki, bu vəziyyət fransız sərmayəçilərə mənfi təsir etsin, onların Azərbaycana marağını azalda bilsin. Fransada Azərbaycanı gündən-günə yaxşı tanıyırlar və maraq da getdikcə artır. Biz Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına sadiq qalırıq və elə şərait yaratmağa çalışırıq ki, iki ölkə gələcəkdə müharibə deyil, sülh şəraitində yaşasın”.

Trend/az